Radio Rabitə

Azərbaycanda çağırış siqnalının qeydiyyatı üçün təlimat

Həvəskar radiostansiyaların istismarına yalnız Az.Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radio Tezliklər idarəsinin rəsmi icazə sənədi (lisenziya) təqdim olunduqdan sonra icazə verilir. Rəsmi icazə sənədi (lisenziya) aşağıdakı sənədlər əsasında verilir:
1- Ərizə-anket – 2 əd. (Buradan yüklə: Anketa-Az.doc ) 2- Tərcümeyi-hal – 2 əd. 3- Foto şəkil – 2 əd. (3X4 sm) 4- Şəxsiyyət vəsiqəsinin surəti 5- Yaşayış yerindən arayış (Tələb olunarsa )
Hazır sənədlər Az.Respublikası Radio İdmanı Federasiyasına təqdim olunduqdan sonra Federasiyanın təqdimat məktubu ilə birgə Dövlət Radio Tezliklər idarəsinə göndərilir. İcazə sənədi (Lisenziya) 14 yaşına çatmış şəxslərə verilir. 16 yaşına kimi olan şəxslər isə həmin ünvanda radiostansiyanın qurulması və istismarına icazə sənədi verilməsi haqda valideyinlərin razılıq məktubu mütləq təqdim etməlidirlər.
Kollektiv radiostansiya açdıqda isə fiziki və hüquqi şəxslər tərəfindən əlavə olaraq kollektiv radiostansiyanın yerləşəcəyi ünvan göstərilməklə (həmçinin r/stansiyanın rəisi kimi təyin olunacaq radiohəvəskarın adı göstərilməklə) ərizə təqdim olunmalıdır.
İcazə sənədi (lisenziya) alındıqda və ya ilin sonunda istismar müddəti artırıldıqda illik qeydiyyat rüsumu ödənilir. Həvəskar radiostansiyanın istismarı üçün icazə sənədi (lisenziya) 1 il müddətinə verilir. İlk dəfə çağırış siqnalı alan şəxsə 3-cü dərəcəli icazə sənədi (liseziya) verilir. Həvəskar radiostansiyanın daha yüksək dərəcəyə keçirilməsi icazə sənədi (lisenziya) yenidən qeydiyyatdan keçirilir.
Azərbaycan Respublikası Radio İdmanı Federasiyası isə çağırış siqnalının formatını təyin edir. Azərbaycanda həvəskar radiostansiyaların çağırış siqnallarının prefiksi rəqəm-hərf birləşməsindən ibarətdir – 4J və 4K. Dünyanın hər bir ölkəsi üçün çağırış siqnalının prefiksi fərqlidir və bu birləşmə ilə çağırış siqnalının hansı ölkəyə məxsusluğu bilinir. Sonrakı rəqəm və suffiks isə bir hərfdən üç hərfə kimi- ölkə daxili ərazi, şəhər və rayonlara aiddir.
Radiostansiyanın qeyd olunan ünvandan gündəlik işi üçün daimi çağırış siqnalının prefiksi verilir: 4J2 – 4J9 və 4K2 – 4K9. Xüsusi (idman-vətənpərvərlik radio ekspedisiyaları, xatirə və bu kimi) radiostansiyaların çağırış siqnalları isə 4J1, 4J0, 4K1 və 4K0 prefikslərinə malikdir.
Bütün dərəcəli (3-cü,2-ci və 1-ci) radiostansiyaların çağırış siqnalları suffiksdə iki hərf olmaqla 4J2AA – 4J9ZZ və 4K2AA – 4K9ZZ blokundan ibarətdir. Bundan əlavə efirdə iş stajı 20 ildən çox olan 1-ci dərəcəli radiostansiya sahiblərinə, radio idmanı hakimlərİnə və məşqçilərinə suffiksində bir hərf olmaqla çağırış siqnalı verilə bilər. Kollektiv radiostansiyalar (bütün dərəcələr üzrə) çağırış siqnalı altı işarəli olmaqla suffiksdə AWA –dan ZZZ -ə kimi işarə olunur. (misal üçün – 4K6AWZ ), Yalnız H,Aslanov adına radioklubun ( 4K7Z ) çağırış siqnalı istisna olunur.
Ölkənin bölgələri üzrə prefikslər aşağıdakı kimi təyin olunur.: 4J2 və 4K2 –Naxçıvan Muxtar Respublikası üçün, 4J4 –dən 4J9 –a kimi və 4K4 –dən 4K9-a kimi BAKI şəhəri üçün, 4J3 və 4K3 isə digər ərazilər üçün ayrılmışdır.
Azərbaycan Radio İdmanı federasiyasının rəhbərliyi ilə əlaqə:
Prezident : OKTAY KƏRİMOV – 4J7A, mob.tel +994 50 374-19-05 okerimov@yahoo.com
Tərcümə 4K3M

Əlavə məlumat
https://www.azhams.net/az/

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x