Kompüter sistemləri

İnformasiya mədəniyyəti

İnformasiya mədəniyyəti anlayışı ilə ümumiyyətlə mədəniyyət anlayışı birbirindən ayrılmazdır. Şəxsi mədəniyyət dedikdə, adətən, konkret insanın malikolduğu sosial əhəmiyyətli bilik və vərdişlər toplusu nəzərdə tutulur.
İnsanın mədəniyyətini müəyyən edən amillər bunlardır:

1. Biliklər, bacarıqlar, peşə vərdişləri.
2. İntellektual, estetik və əxlaqi inkişaf səviyyəsi.
3. Başqa insanlarla qarşılıqlı ünsiyyət üsulları və formaları.
Bu o deməkdir ki, insan öz əqli qabiliyyətini nə qədər çox inkişaf etdirirsə, nə
qədər düşünürsə, onun fərdi mədəniyyəti də bir o qədər yüksəlir. Ona görə də
incəsənət və ya elmlə məşğul olan insan ilə fiziki əməklə məşğul olan insanın
mədəniyyət səviyyəsinə qoyulan tələblər eyni olmur.
İnformasiya cəmiyyətinə keçidlə əlaqədar olaraq insanın ümumi mədəniyyə-
tinə daha bir kateqoriya – informasiya mədəniyyəti də əlavə olunur.İnformasiya mədəniyyəti, informasiya ilə məqsədyönlü işləmək və onun əldə
olunması, emalı və ötürülməsi üçün kompyuter texnologiyasından, çağdaş texniki vasitə və metodlardan istifadə olunması bacarığının olmasını nəzərdə tutur.Başqa sözlə, insanın informasiya mədəniyyətinin əsas göstəriciləri bunlardır:
• Telefondan tutmuş fərdi kompyuterlərə və kompyuter şəbəkələrinədək müxtəlif texniki qurğulardan istifadə etmək vərdişləri.• İnformasiya texnologiyalarını mənimsəmək bacarığı (məsələn, ofis proq ram larını, qrafik redaktorları və s. bilmək).
• İstər dövri mətbuatdan, istərsə də elektron vasitələrin köməyi ilə informa siya almaq bacarığı (məsələn, hər hansı qəzet, yaxud jurnalın saytını açıb,
onları oxumaq).
• İnformasiyanı anlaşıqlı şəkildə təqdim et mək və ondan səmərəli istifadə etmək ba carığı.
• İnformasiyanın emalının müxtəlif üsullarını bilmək.
• Müxtəlif növ informasiya ilə işləmək bacarığı.
Ölkəmizdə informasiya mədəniyyətinin ən vacıb göstəricilərindən biri də
insanların ingilis dilini necə bilmələridir. Bu gün informasiya texnologiyalarını
müəyyən edən proqram məhsullarının, demək
olar ki, hamısı ingilis dilində təqdim olunur.
Qlobal informasiya resurslarından istifadə interfeysləri bu dildə yaradılır. Elmin, texnogiyaların
və biznesin əksər sahə lərində də ingilis dili hakim
mövqe tutur.
1.1.Qeyd olunduğu kimi, informasiya cəmiy yətinin hər bir üzvü kompyuter vərdişlərinə,
onun köməyi ilə müxtəlif sənədlər yaratmaq
bacarığına, proqramların əsas sinifləri haqqında təsəvvürlərə və çalışdığı sahədə dərin biliklərə malik olmalıdır. Belə bilik və vərdişlərə
bəzən kompyuter savadlılığı [computer literacy] deyilir. Başqa insanlarla əlaqə qurmaqüçün kommunikasiya vasitələrindən lazımi sə –
viy yədə istifadə edə bilmək vacib keyfiyyət
hesab olunur. Bura elektron yazışma vasitə –
lərindən istifadə, informasiya sistemlərində
lazım olan məlumatları əldə etmək, hüquqi və
etik normaları (qaydaları) bilmək və onlaraəməl etmək aiddir.
Dünyada kompyuter savadlılığını təsdiqedən standartlar mövcuddur ki, onların içə risində ECDL sertifikatı (European Computer
Driving Licence – Avropa kompyuter hüququ)
daha geniş yayılmışdır. Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı, onu alan şəxsin informasiya texnolo giya larının əsas konsepsiyaları ilə
tanış olduğunu, fərdi kompyuterdən və əsas tətbiqi proqramlardan istifadə edə
bildiyini təsdiq edir. ECDL sertifikatlaşması istifa də olunan proqram təminatının
növündən asılı deyil. Başqa sözlə, bu sertifikatlaşma zamanı testlərə cavab vermək üçün istər Microsoft proqram məhsul larından (Widows 98, 2000, XP, Vista;
Office 2000, 2002, 2003, 2007), istərsə də “açıq mətnli” – “open source” tətbiqi proqramlarından (Linux, Open/Star Office) istifadə etmək olar. ECDL Tədris planı aşağıdakı modullardan ibarətdir:
1. İnformasiya texnologiyalarının əsasları
2. Kompyuterdə iş. Fayl sisteminin idarə olunma sı nın
əsas əməliyyatları
3. Mətnlərin emalı
4. Elektron cədvəllər
5. Verilənlər bazaları
6. Təqdimatlar
7. İnformasiya və kommunikasiya
ECDL sertifikatlaşması test mərkəzlərində aparılır. Bu mərkəzlər orta və ali
məktəblərdə, tədris mərkəz lərində, kadr hazırlığı və digər müəssisələrdə yaradıla
1. TEXNOLOGİYALAR VƏ CƏMİYYƏTİnformasiya mədəniyyətini forma laş –
dıran və onu inkişaf etdirən üç başlı-
ca amil vardır:
• insanların intellektual inkişafını tə-
min edən təhsil sistemi;• insanlara informasiya almaq, ötürmək,
saxlamaq və ondan istifadə etmək
imkanları verən uyğun infrastruktur;• informasiya vasitələrindən (komp yu terdən, televizordan, elektronkom munikasiya vasitələrindən və s.)istifadə edə bilmələri üçün insanların mad di imkanının olması.bilər. Test mərkəzləri test imtahanlarını keçirərək bey nəlxalq sertifikatlar vermək
səlahiyyətinə ma likdir. Bir çox ölkələrdə dövlət qulluğuna işə qəbul zamanı
ECDL sertifikatının olması məcburidir. Beynəlxalq qurumlar da ECDL sertifikatlarına xüsusi önəm verir

Mənbə: http://ks-211.blogspot.com/
Yazar: Resat999

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Həmçinin Bax
Close
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x