Pilotsuz uçuş aparatlarının elektronikası

Li-Po batareyalar haqqında

Bir az Li-po batareyalar haqda yazmaq istəyirəm. Hamımız bilirik ki təhlükəlidirlər, az yox bəlkə də ən çox nəvaziş tələb edən akkumulyatorlardır. Bunlar haqda çox danışmayacam, bir başa keçirəm 3 ildə bu akkumulyatorlar haqda əldə etdiyim məlumatları paylaşmağa.

  • S söhbəti. S yəni ki SERİES – neçə ədəd bankanın ardıcıl birləşməyindən əmələ gələn LiPo-nu göstərir. 1 bankanın standart gərginliyi 3.7 V olur. 3 banka olanda: 3S=3×3.7=11.1V. 2) MİN və MAX gərginlikləri. Əslində 3.7 V-a mən standart yox minimum gərginlik deyərdim. Maksimum gərginlik isə 4.20V-dur. Bəzən müəyyən bir müddət istifadədən sonra yükləmə cihazlarının (şarj cihazlarının) kalibrəsi pozulanda bankanı 4.22, 4.23 Volta kimi doldurur. 0.02, 0.03 Voltun belə artıq dolması LiPo üçün ziyandır. Bu halların baş verməməsi üçün yükləmə cihazlarını vaxt aşırı kalibrə etmək lazımdır. Yükləmə cihazlarının kalibrə edilməsi haqda daha sonra yazacam. Bir çox yerlərdə yazırlar ki bankanı 3V-dan aşağı endirəndə o banka artıq istifadəyə yararsızdır. Bəzi yerlərdə isə 3.3V-dan aşağıdır bu rəqəm. Mən isə deyərdim ki çalışın 3.7 dən aşağı endirməyin. Lipo 4.2 V-dan 3.7 V-a kimi müəyyən bir qanunauyğunluqla enir. Ancaq 3.7 Voltdan sonra isə demək olarki bu qanunauyğunluq pozulur və bir anda Volt kəskin şəkildə azalır. Ona görə də 3.7 Volt bunlar üçün minimum, 3V-dan aşağı isə ölüm gərginliyi sayılır. Məsləhət görərdim ki LiPo-nu həm doldurduqdan həm də istifadə etdikdən sonra tester ilə hər bir bankasının gərginliyini yoxlayasınız.
  • C dərəcəsi. C yəni CURRENT. C-ni liponun üzərində yazılan Amperə vuranda LiPo-nun maksimum cərəyan verə bilmə qabiliyyətini müəyyən etmək olur. Misal üçün quadcopterdə hər bir matorun sərfiyatı 13 amperdir. 4 mator olanda 4×13=52 amper edir. LiPo-muz isə 2.2 Amper 20C-lik dir. 20×2.2=44 Amper. 52 amper sərfiyat, 44 amper isə liponun verə biləcəyi maksimum cərəyandır. Belə halda LiPo tez qızacaq və şişəcək. Yeganə çıxış yolu C dərəcəsi yüksək olan LiPo almaqdır. Belə bir quadcopter üçün minimum 25-30 C, normalda isə 35-40 C lik Lipo işlətmək məsləhətdir. C dərəcəsi nə qədər çox olsa LiPo-nun çəkisi də artır, təbii ki qiyməti də bir xeyli baha olur 😃
  • LiPo Charge və LiPo Balance Charge. Hər iki rejim ilə LiPo-nu doldurmaq mümkündür, sadəcə Balance rejimində bankaların gərginliyinə nəzarət edilir, eyni gərginlikdə saxlamağa çalışır. Balance rejimi demək olar ki Lipo-nu çox gec doldurur. Mən özüm şəxsən Balance rejimindən heç istifadə etmirəm. Hər zaman Charge rejimidə yükləmə etmişəm və sonda testerlə yoxlayanda bütün bankaların gərginlikləri eyni olur. Ancaq məsləhətdir ki heç olmasa 4-5 cahrgedən bir Balance Charge edəsiniz. Bir də çalışın LiPo-nu yükləyərkən üzərində neçə amper yazılıbsa o amperlə də yükləmə etməyin. Misal üçün 5 Amperdirsə, 5A charge currect seçməyin. Nə qədər az cərəyanla yükləsəniz etsəniz bir o qədər LiPo-nun ömrü uzun olur. Əgər uçuşa tələsmirsinizsə yükləmə cərəyan şiddətini 2 dəfə az qoyun. 5 Amperdirsə, 2.5 A ilə yükləyin. Düzdür LiPo-nu özündən 2 və hətta 3 dəfə çox cərəyan şiddəti ilə FAST CHARGE etmək olar ancaq bu bankalar üçün çox ziyandır.
  • STORAGE. LiPo-ları uzun müddət istifadə etmədikdə bu rejimdən istifadə olunur. Storage rejimi LiPo-nun banka gərginliyini 3.80 volt edir. Əgər LiPo doludursa onu boşaldır, boşdursa doldurur. Storage cərəyanını da mümkün qədər az seçin misal üçün batareyanın həcminin 3də 1-i qədər. Uzun müddət deyəndə 1 aydan 3 aya kimi nəzərdə tutulur. 3 aydan sonra liponu təkrar doldurub yenidən 3.8 volta endirmək lazımdır.
  • RODAJ müddəti. LiPo-nu təzə aldığınız zaman onu ilk 5 istifadədə çox güclü işlətmək məsləhət görülmür. Çalışın ilk 5 uçuşda çox sakit havada sakit şəkildə modeli uçurdun ki LiPo-ya çox güc düşməsin. Rodaj müddəti ərzində bankanın gərginliyi 3.9 Voltdan aşağı düşməsin. Yükləyərkən də yükləmə cərəyan şiddətini LiPo-nun cərəyanın 80%-i həcmində qoyun. Misal üçün 5 amperdirsə 5×0.8=4 amper ilə yükləyin. Bu cür ilk 5 istifadə LiPo-nun verimliliyini kifayət qədər artırır. Ümüumiyyətlə LiPo düzgün şəkildə istifadə olunarsa ömrü 3 ildən belə çox olur.
  • Saxlama şəraiti. Sərin yerdə saxlamaq məsləhət görülür. Ümümiyyətlə qışda soyuq havada LiPo-ların tutumu hiss olunacaq dərəcədə azalır. Ona görə də qışda uçarkən LiPo-ları xüsusi qablarda muhafizə etmək lazımdır.
  • Buzzer-dən istifadə. Buzzerin alarm voltunu 3.5 volta tənzimləyin, səbəb LiPo güc altında olanda gərginlik 3.5 volta endikdə buzzer alarm vercək və modeli yerə endirdikdə batareya bir az özünə gəldikdən sonra gərginlik 3.7V olur. Rodaj müddəti ərəfəsində isə buzzerin gərginliyini 3.7 volta tənzimləyin. Həmçinin batareyanı istifadədən dərhal sonra qızmış şəkildə yüklənməyə qoymaq məsləhət görülmür.

Müəllif: Fərid Həmidli

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x