Site icon ElectronX Lab

Оperativ yaddaş

Оperativ yaddaş – prosessora əməliyyatların yerinə yetirilməsi üçün gərəkli verilənlərin və əmrlərin
müvəqqəti saxlanması üçün nəzərdə tutulan yaddaşdır. Оperativ yaddaş əmrləri və verilənləri prosessora
birbaşa və ya keş-yaddaş vasitəsilə ötürür.
Оperativ yaddaş — kompüterin prosessoru üçün iş sahəsidir. Burada iş zamanı proqramlar və verilənlər
saxlanılır.

 Operativ yaddaşı adətən müvəqqəti saxlanma yeri kimi də adlandırırlar, çünki orada proqramlar
və verilənlər yalnız kompüter işləyən zaman və ya reset düyməsini sıxanədək saxlanılır. Söndürməzdən və
ya reset düyməsini sıxmazdan əvvəl iş zamanı dəyişdirilmiş verilənləri informasiyanı daimi yadda saxlaya
biləcək yaddaş qurğusuna yazmaq lazımdır (bu adətən sərt diskdir). Kompüteri yenidən qoşduqda yadda
saxlanılmış informasiyanı yenidən yaddaşa yükləmək olar.
RAM-ın əsas vəzifəsi – CPU-nun tələbinə əsasən lazımi informasiyanı təqdim etməkdir. Bu o deməkdir
ki, verilənlər istənilən zaman emal edilmək üçün hazır olmalıdır. Verilənlərin operativ yaddaşda müvəqqəti
saxlanması xüsusiyyəti yalnız qidalanmanın olması ilə müəyyən olunmur. İş burasındadır ki, oparetiv
yaddaş dinamik yaddaş kateqoriyasına aid edilir: onun içindəkilər qısa zaman ərzində dəyişməz qalır, buna
görə də yaddaş vaxtaşırı olaraq yenilənməlidir.


Yaddaş mikrosxemlərinin əsas xarakteristikaları aşağıdakılardır:

* Tip
* Cəldlik
* Tutum
* Müvəqqəti diaqram
* Dərəcə


Tipinə görə 2 növ RAM ayırırlar:

DDR SDRAM və DDRII SDRAM (PC)
SODIMM SDRAM və SODIMM II SDRAM (NoteBook)
DDR2 standartlı yaddaşın işıq üzü görən ilk modulları DDR2-400 və DDR2-533 tipli modullar oldu.
Bununla belə bir sıra iri istehsalçılar (Kingston, Corsair, Samsung) onları hələ bu tip yaddaşı dəstəkləyən
915/925 seriyalı çipsetlərin rəsmi anonsuna bir neçə ay qalmış istehsal etməyə başladılar.
DDR2 — yeni yaddaş standartıdır, qəti olaraq yalnız 2004-cü ilin yanvarında təsdiqlənib və DDR2 adını
alıb. DDR2 kifayət qədər məşhur və özünü tanıtmış DDR (Double Data Rate) texnologiyasına əsaslanır.
Hətta belə demək də mümkündür: «DDR bitdiyi yerdən DDR2 başlayır».

DDR2 standartı DDR spesifikasiyasının daha aşağı güc sərf edildikdə daha yüksək tezlik əldə etməyə
imkan verən, verilənlərin ötürülməsi ilə bağlı bir neçə mühüm dəyişikliyini özündə birləşdirir. DDR2-də
əsas dəyişiklik – DDR-də reallaşan 2 bitli (2n-prefetch) seçimə əks olaraq takt ərzində bir dəfəyə 4 bit
verilən (4n-prefetch) seçmək imkanıdır.

Exit mobile version